23.07.2026 - 15:39
Hadisə 17 baxış

"BakuBus" sürücü ilə sərnişin arasındakı insidentə görə üzr istədi

“BakuBus” avtobus sürücüsü ilə sərnişin arasında baş vermiş insidentlə bağlı açıqlama yayıb.

Minval.info xəbər verir ki, qurum hadisənin araşdırıldığını və sürücünün uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydaları düzgün tətbiq etmədiyini müəyyən etdiyini bildirib.

Açıqlamada qeyd olunub ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 5.1-ci bəndinə əsasən, sərnişin müntəzəm avtobus marşrutlarında ölçüləri 60×40×20 santimetrdən, çəkisi isə 20 kiloqramdan artıq olmayan bir ədəd əl yükünü və uşaq arabasını əlavə ödəniş etmədən daşımaq hüququna malikdir.

Qurumun məlumatına görə, hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb.

“BakuBus” sərnişindən, xüsusilə də azyaşlı övladından üzr istədiyini bildirib. Qeyd olunub ki, hadisə ilə bağlı sürücü barəsində intizam tədbiri görüləcək, eyni zamanda oxşar halların təkrarlanmaması üçün bütün sürücülərə mövcud qaydalar üzrə əlavə təlimat veriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: