“Bakubus” avtobusu ağır qəza törətdi - Ölən var
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin meyitinin “İveco” markalı sərnişin avtobusunun altından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Bu barədə Musavat.com-a FHN-dən bildirilib.
Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
İlkin məlumata görə, hadisə Səbail rayon 20-ci Sahə adlanan ərazidə baş verib. Sürücü Abuzər Ayvazov idarə etdiyi “Bakubus” MMC-yə məxsus 99 JK 440 dövlət qeydiyyat nişanlı avtobusla kişini vurub. Avtobusun təkəri altında qalan piyada hadisə yerində ölüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Astarada bədbəxt hadisə: Başına boru düşən şəxs öldü
ABŞ Hörmüzdə gizli minatəmizləmə əməliyyatı aparıb
Qazaxda avtomobil qəzası: İki qardaş yaralandı
Zaqatalada mağaza yanğını: Xəsarət alan yoxdur
Türkiyədə aviasiya mərkəzində təyyarə yanğını!
Sabunçuda su qəzası: İçməli su israfı!
İstanbulda oteldə yanğın: 12 yaralı xəstəxanada