“Bakubus” 3 piyadanı vurub
“Bakubus”a məxsus avtobuslar 3 piyadanı vurub, biri ölüb, ikisi xəsarət alıb.
“Report” xəbər verir ki, hadisələrdən biri ötən gün paytaxtın Nəsimi rayonu, Səməd Vurğun keçəsində qeydə alınıb.
“Bakubus” MMC-yə məxsus, 99 JH 068 dövlət qeydiyyat nişanlı “İveco” markalı avtobus yolu keçən ahıl yaşlı Mehriban Hüseynovanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.
Digər hadisə isə ötən gün axşam saatlarında Binəqədi rayonu 8-ci mikrorayon ərazisində baş verib. “Bakubus”a məxsus, 99 JH 075 dövlət qeydiyyat nişanlı “İveco” markalı avtobus 2 piyadanı vurub. Xəsarət alan piyadalardan biri evə buraxılıb. 1949-cu il təvəllüdlü Dinar Həmidzadə ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bakı Nəqliyyat Agentliyindən (BNA) “Report”a bildirilib ki, ölümlə nəticələnən qəza piyadanın piyadalar üçün müəyyən olunmayan yerdən keçməsi səbəbindən baş verib. Hazırda məsələ bağlı həm BNA, həm də digər müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Quba yolunda ağır qəza olub, ölən və yaralananlar var - VİDEO
Bürclər - 24 iyun
DYP: Avtomobil idarə etmək təcrübəsi olmayan sürücülər yola çıxmasınlar
Azərbaycanda 120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb
Mingəçevir Sənaye Parkının yarımstansiyasında qısaqapanma baş verib
Səhiyyə Nazirliyi dünən metroda qalanlarla bağlı məlumat yaydı
Zəngəzur yollarında hazırda vəziyyət necədir?