"Baku Medical Plaza" koronavirusa görə dəyişikliklər etdi - DİQQƏT
“Baku Medical Plaza” koronavirusa görə təhlükəni tamamilə azaltmaq və insanların səhhətini güvəndə tutmaq üçün klinikanın filiallarında göstərilən tibbi xidmətlər üzrə bəzi zəruri dəyişikliklər edib.
Minval.info xəbər verir ki, bununla bağlı klinikadan məlumat verilib. Məlumatda deyilir:
Əzizlərimiz!
Koronavirusa (Covid 19) yoluxma təhlükəsinin insanların toplu şəkildə bir yerdə cəmləşdiyi məkanlarda daha yüksək olmasını nəzərə alaraq pasientlərin və onların yaxınlarının bu virusa mümkün yoluxmalarının qarşısının alınması məqsədilə “Baku Medical Plaza” klinikalar şəbəkəsinin hər üç filialında ciddi profilaktik tədbirlər həyata keçirilir. Bu təhlükəni tamamilə azaltmaq və səhhətinizi güvəndə tutmaq üçün klinikamızın filiallarında göstərilən tibbi xidmətlər üzrə bəzi zəruri dəyişikliklər etdik:
– hamilələri və yenidoğulmuşları digər xəstələrlə təmasdan qorumaq məqsədi ilə “Babək” filialını tamamilə doğum evinə çevirdik, ambulator xidmətlər də yalnız hamilələrə göstərilir;
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
– beynəlxalq protokollara uyğun olaraq zahıların bir-birindən təcrid prosedurları tətbiq edilmişdir;
– bütün əməliyyatxanalar fərdi doğuş zallarına çevrilmiş, hamilə və zahılara sancı, doğum (qeysəriyyə), reanimasiya məqsədli tibbi prosedurlar özəl olaraq həyata keçirilir;
– stasionara hamilələr və tibbi personal xaric heç kimin daxil olmasına icazə verilmir;
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
– hamilələr əlavə pul ödənişi olmadan tək nəfərlik VİP şəraitli palatalarda yerləşdirilir;
– pasientlər həkim-infeksionistin mütləq nəzarətində saxlanılır;
– yenidoğulmuşların valideynlərinin sonradan həkim məsləhəti almaları üçün saat 09.00 -16.30 arası pulsuz “telemetriya” xidmətinə (kənardan həkimlə videogörüntülü əlaqə) başlanılmışdır.
ƏLAQƏLİ
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Doğuş xaric bütün digər xidmətlər klinikanın “Mərkəz” və “Medilux” (pediatriya) filiallarında göstərilir.
Baku Medical Plaza Klinikalar şəbəkəsi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı

