Bakıya və rayonlara getmək istəyən 900 avtomobil geri qaytarılıb – RƏSMİ
Ötən gün Bakıya girişə və çıxışa cəhd edən 900 avtomobil geri qaytarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, rayonlardan gələn və Bakıya daxil olmağa çalışan 550 avtomobil rayonlara, Bakıdan rayonlara getmək istəyən 350 avtomobil isə postlardan geri qaytarılıb.
Qeyd edək ki, Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.
Qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO