Bakıxanovda yaşıl həyat tərzi: Green by avant layihəsi ilə tanış olun
Avant Group, Bakıxanovda yerləşən yeni premium yaşayış kompleksi Green by Avant-ın rəsmi təqdimatını həyata keçirdi. Tədbirdə şirkətin rəhbərliyi, tərəfdaşlar, media nümayəndələri və dəvətlilər iştirak edərək layihənin üstünlükləri və satış şərtləri ilə tanış oldular.
Minval.info xəbər verir ki, Ruhulla Axundov 16 ünvanında yerləşən Green by Avant layihəsi, müasir memarlıq və funksional planlaşdırma ilə yanaşı, yaşıl həyat konsepsiyası ilə də fərqlənir. Ümumi sahəsi 1,5 hektar olan bu kompleks, 350 mənzildən ibarət olmaqla sakinlərinə komfortlu və təhlükəsiz həyat tərzi təqdim etməyi hədəfləyir.
ABB və Avant Group arasında imzalanmış tərəfdaşlıq memorandumu çərçivəsində yaradılan yeni maliyyələşdirmə imkanları layihənin əsas üstünlüklərindən biridir. Alıcılar cəmi 10% ilkin ödənişlə ipoteka krediti vasitəsilə mənzil sahibi ola biləcəklər. Bu əməkdaşlıq, Azərbaycanın daşınmaz əmlak bazarında mühüm yenilik olaraq, geniş auditoriya üçün mənzil əldə etməyi daha əlçatan edir.
Layihədə sahələri 53,94 m²-dən 108 m²-dək dəyişən mənzil seçimləri təqdim olunur. Bütün mənzillər ağ suvaq (white box) təhvil veriləcək ki, bu da alıcılara interyeri öz zövqlərinə uyğun şəkildə dizayn etmək imkanı yaradır.
Green by Avant layihəsinin təqdimatı çərçivəsində alıcılar üçün xüsusi kampaniya da elan olunub. İlk 10% mənzil alıcılarına 4,5% endirimlə təklif olunacaq. Bu kampaniya yalnız ilk alıcılar üçün nəzərdə tutulub və mənzil sahibi olmaq istəyənlərə sərfəli qiymət şərtlərindən yararlanmaq imkanı yaradır.
Təqdimat mərasimində çıxış edən Avant Group-un təsisçisi Əli Hüseynov, Green by Avant-ın yalnız bir yaşayış kompleksi olmadığını, eyni zamanda insanların rahatlığını, təhlükəsizliyini və rifahını ön planda tutan müasir həyat konsepsiyası olduğunu vurğuladı. Layihədə yaşıllıq zolaqları, istirahət məkanları, uşaqlar üçün oyun sahələri və gündəlik həyatı daha rahat edən infrastruktur elementləri nəzərdə tutulub.
Layihə haqqında ətraflı məlumat əldə etmək və kampaniyadan yararlanmaq üçün *0241 nömrəsinə və ya Bakıxanov qəsəbəsi Ruhulla Axundov 16 ünvanında yerləşən Green by Avant layihəsinin satış ofisinə müraciət edə bilərsiniz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah leysan və dolu sürprizi: Dağlıq bölgələrdə təhlükə artır!
Azərbaycanın su ehtiyatlarına rəqəmsal dəstək: Aysu ilə tanış olun!
Astaranın qazsız günü: Sabah nələr gözlənilir?
Sumqayıtda dənizdə faciə: 62 yaşlı kişi həyatını itirdi