Bakının yollarında genişmiqyaslı dəyişiklik: Yay təmir işləri nə vəd edir?
Bakının 12 inzibati rayonunda ümumilikdə 110-a yaxın küçə və prospektdə genişmiqyaslı yol təmiri işləri aparılır. Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.
Minval.info xəbər verir ki, təmir proqramı çərçivəsində 800 min kvadratmetrdən çox yol örtüyünün yenilənməsi planlaşdırılır. Bu qədər geniş ərazini əhatə edən təmir işləri Bakıda ilk dəfədir ki, eyni vaxtda həyata keçirilir.
Hazırda 20-yə yaxın küçə və prospektdə təmir işləri tam başa çatdırılıb, digər 10-a yaxın yolda isə işlər davam etdirilir. Digər ərazilərdə isə təmir işləri mərhələli şəkildə aparılacaq.
Təmir işlərinin yay mövsümündə həyata keçirilməsi təsadüfi deyil. Təhsil müəssisələrinin tətil dövründə olması və vətəndaşların əksəriyyətinin məzuniyyətə çıxması səbəbindən şəhərdə nəqliyyatın hərəkət intensivliyi azalır. Bu isə sürücülər üçün yaranan müvəqqəti narahatlığın minimuma endirilməsinə və işlərin daha operativ icrasına şərait yaradır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin həyata keçirdiyi bu genişmiqyaslı təmir proqramının əsas məqsədi yol infrastrukturunu müasir tələblərə uyğunlaşdırmaq, hərəkətin təhlükəsizliyini artırmaq və paytaxt sakinlərinin gündəlik gediş-gəlişini daha rahat təmin etməkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə leysan və dolu gözlənilir
Sentyabrda Bakı metrosunda sərnişin sıxlığı artıb
Son həftə azad edilmiş 1144,9 hektar ərazi minalardan təmizləndi
Fermerlər pambıq pullarını ala bilmir
Gəncənin ilk mülki şəhidinin anası oğlunun xatirələrini bölüşdü
Vətən müharibəsi iştirakçısı Cəlilabadda vəzifəyə təyin edildi
Bakıda axşam yağış yağacaq, bəzi bölgələrdə şimşək çaxacaq