Bakıda yeni "avtoşlar": Parklamada "iki təkər" şousu - Fotolar
Bakı şəhərində nəqliyyat vasitələrinin günü-gündən artması duracaqlar probleminin ortaya çıxmasına səbəb olub. Təşkil olunan parklanma ərazilərinin sərfəli qiymətə təklif edilməməsi bəzi sürücüləri “alternativ” yollara əl atmağa məcbur edir. Bununla yeni “parklama avtoşları” meydana çıxmağa başlayıb. Onlar məkan, yer, digərlərinin narahatlığı haqda əsla düşünmür. Maşını güvənli yerdə olsun, bu, həmin sürücülərə kifayət edir.
Minval.info xəbər verir ki, oxu.az saytı belə sürücülərin “sənət əsərlərinin” fotolarını yayıb.
Fotolardan aydın görünür ki, parkinqlərdə öz məharətlərini nümayiş etdirənlər bütün yol hərəkəti qaydalarına məhəl qoymur, eyni zamanda, digər hərəkət iştirakçılarına maneə törədir.
Səkidə, piyada keçidlərinin üzərində və ya fiziki məhdudiyyətli şəxslərin keçidi üçün nəzərdə tutulmuş yerlərdə parklanma həyata keçirən şəxslər müəyyənləşdirilib.











Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!