Bakının üç əsas küçəsində tıxac təhlükəsi: Sürücülər hansı yolları seçməlidir?
Bakıda üç əsas küçədə təmir işlərinə başlanılacaq və bu səbəbdən həmin ərazilərdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Minval.info xəbər verir ki, Suraxanı rayonundakı 14 İyul küçəsi, Yasamal rayonunda Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsi, eləcə də Səbail rayonunda Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən Yusif bəy İbrahimli küçəsinədək olan hissəsi təmir işlərinə görə mərhələli şəkildə bağlanacaq.
Təmir işləri 6 avqust saat 08:00-dan 7 avqust saat 22:00-dək qismən, 7 avqust saat 23:00-dan 10 avqust saat 07:00-dək isə tam olaraq nəqliyyatın hərəkətinə məhdudiyyətlər gətirəcək. Agentlik sürücülərə alternativ marşrutlardan istifadə etməyi və müvəqqəti yol nişanlarına riayət etməyi tövsiyə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 50 milyon manata yeni qəsəbə tikilir
Prokurorluq orqanlarına qəbul imtahanının tarixi açıqlandı
Hacıqabulda bir neçə küçə əsaslı təmir olunacaq
Azərbaycanda yeni qəsəbənin inşasına başlanılır
Bakının Nəsimi rayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq
Səlim Müslümov Milli Aviasiya Akademiyasında dərs deyir