Bakının tarixi binalarında icazəsiz dəyişikliklər aşkarlanıb
Bakının Nəsimi və Xəzər rayonlarında yerləşən tarixi və mədəniyyət abidələrində icazəsiz yenidənqurma işlərinin aparıldığı müəyyən edilib. Bu barədə Baş Prokurorluğun apardığı araşdırma nəticəsində məlum olub.
Minval.info xəbər verir ki, sözügedən abidələr arasında Nəsimi rayonunda Nizami küçəsi, 81 və Bülbül prospekti, 36C ünvanlarında yerləşən iki qeyri-yaşayış obyekti, həmçinin Buzovna qəsəbəsindəki məscid də var. Memar Cahid Həsənovun sözlərinə görə, tarixi abidələrdə özbaşına dəyişikliklər yolverilməzdir və bu, abidələrin tarixiliyinə ciddi zərər vurur.
Memar qeyd edir ki, fasad üzlüyünün dəyişdirilməsi, eyvanların artırılması və reklam lövhələrinin quraşdırılması kimi müdaxilələr tarixi memarlıq abidələrinin vizual görünüşünü pozur. Bundan əlavə, ticarət obyektlərinin fasada müdaxiləsi və kondisioner kimi avadanlıqların icazəsiz quraşdırılması da binanın texniki vəziyyətinə və tarixi görünüşünə mənfi təsir göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?