04.09.2026 - 09:33
Hadisə 17 baxış

Bakının Nərimanov rayonunda 15 bina söküləcək

Bakının Nərimanov rayonunda şəhərsalma və yenidənqurma layihələri çərçivəsində ilkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulur. Bu barədə məlumat verən iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, söküntülərin dəqiq sayı ilə bağlı tam siyahı hazırda açıqlana bilməz. Buna səbəb dövlət proqramı çərçivəsində nəzərdə tutulan layihələrin rayonla tam şəkildə paylaşılmamasıdır.

Minval.info xəbər verir ki, söküntü və yenidənqurma işlərinin əsasən Nazim Hacıyev küçəsi, Montin, Keşlə, Təbriz küçəsi, Ağa Nemətulla küçəsi, Fətəli xan Xoyski prospekti və Mayakovski küçəsi istiqamətində aparılması planlaşdırılır. İlk növbədə texniki vəziyyəti qənaətbəxş olmayan və qəzalı binaların sökülməsi planlaşdırılır. Bununla yanaşı, həmin ərazilərdə abadlıq və yeni tikinti işlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

Ağa Nemətulla və Təbriz küçələri, eləcə də metro ətrafında artıq müəyyən yenidənqurma işləri həyata keçirilib. Mövcud layihələrin tamamlanmasından sonra rayonun ayrı-ayrı hissələrinin kompleks şəkildə yenidən qurulması planlaşdırılır. Rayon üzrə aparılacaq işlər Bakı şəhərinin Baş Planı – 2040 çərçivəsində həyata keçiriləcək. İlkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulsa da, gələcəkdə prosesin digər əraziləri də əhatə etməsi gözlənilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: