Bakının marşrutları müasirləşir: Sərnişinlər üçün ekoloji və nağdsız səyahət imkanı
Bakıda iki marşrut üzrə avtobuslar müasir texnologiyalarla yenilənir. 51 nömrəli marşrut “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə, 118A nömrəli marşrut isə Zabrat qəsəbəsi ilə əlaqələndirir.
Minval.info xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu marşrutlarda istifadə edilən avtobusların avqustun 4-dən etibarən müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunmuş “King Long” markalı avtobuslarla əvəz ediləcəyini açıqlayıb.
Hər iki marşrutda sərnişinlər ödənişləri nağdsız şəkildə həyata keçirə biləcəklər. Gedişhaqqı isə 0,60 manat olaraq müəyyən edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!