Bakının mərkəzində svetoforların fəaliyyətində problem yaranıb - FOTO

Bakının mərkəzində svetoforların fəaliyyətində problem yaranıb.
Bakı Nəqliyyat Agentliyindən Minval.İnfo-ya verilən məlumata görə, bir qədər əvvəl Bülbül və Ü. Hacıbəyov küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş berib. Qəza nəticəsində svetofor dirəyi və idarəetmə qutusu zədələnib.
Bu səbəbdən də hazırda S.Vurğun küçəsi ilə Z.Əliyeva və Ü.Hacıbəyov küçələri ilə kəsişməsində, Bülbül prospektinin Neftçilər prospekti, Xəqani, Z.Əliyeva və Ü.Hacıbəyov küçələri ilə kəsişməsində, S.Rüstəm və S.Bünyadov küçələrinin kəsişməsindəki svetoforların fəaliyyətində problem yaranıb. Hazırda svetoforların fəaliyyətinin bərpası üçün zəruri tədbirlər görülür.
BNA sürücülərdən nəqliyyat vasitəsini ehtiyatla, digər mövcud nişanların tələbinə riayət etməklə və ən əsası digər hərəkət iştirakçılarına qarşı anlayışla idarə etmələrini xahiş edir.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!