10.08.2026 - 16:16
Ölkə 16 baxış

Bakının iki rayonunda Sabah işıqsız qalmağa hazır olun: Hansı ərazilər təsirlənəcək?

Bakının iki rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq. Bu tədbirlər elektrik təchizatının keyfiyyətini artırmaq və artan yük tələbatını qarşılamaq məqsədilə həyata keçirilir.

Minval.info xəbər verir ki, avqustun 10-da paytaxtın bəzi Transformator Məntəqələrində təmir və təftiş işləri aparılacaq. Bu səbəbdən Yasamal rayonunda Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mirmövsüm Nəvvab və Elşən Müslümov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.

Nərimanov rayonunda isə Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin bəzi ərazilərində saat 09:00-dan 12:00-dək elektrik enerjisi kəsiləcək. İşlər tamamlandıqdan sonra bu ərazilərdə yaşayan abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: