Bakının iki rayonunda qaz olmayacaq

Paytaxtın bir neçə rayonunda təbii qazın verilişində məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-dən verilən məlumata görə, Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində pilot layihə ilə çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, 19 aprel saat 09:00-dan təmir işləri yekunlaşana qədər Nəsimi rayonu 1 və 2-ci Alatava, Tibilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işlərinin Nərimanov və Binəqədi rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan işlər gün ərzində yekunlaşdırılacaq və təbii qazın verilişi bərpa ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?