Bakının daha bir hissəsində sürüşmə: Bir ev tamamilə dağılıb
Bakının Səbail rayonu, Bayıl qəsəbəsinin Amfiteatr ərazisində, Buxta küçəsində riskli zonanın hüdudları daxilində yenidən uçqun tipli sürüşmə hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürüşmənin səbəbi təbii amillər deyil, texnogen səbəblərdir. Sürüşmə nəticəsində 9 nömrəli evdə uçqun prosesi baş verib və ev tamamilə dağılıb. Yaxınlıqda yerləşən bir neçə evin divarlarında çatlar müşahidə olunur.
Qeyd edək ki, ərazi yüksək mailli yamacda yerləşir və yamacın təbii meyilliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur.
Eyni zamanda, bu gün səhər saatlarında Bibiheybət istiqamətində gedən avtomobil yolunun sağ tərəfində qoruyucu divarın üzərinə vurulmuş üzlük daşları qoparaq asfalt üzərinə tökülüb. Bu proses sürüşmə ilə əlaqədar deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağ penaltidən vurdu, Şəfa məğlub oldu
Bakının Ceyhun Hacıbəyli küçəsi bağlanır!
SOCAR neftçiləri videoçarxla təbrik etdi
Bakıda və rayonlarda qida obyektləri bağlandı
Azərbaycan Hava Yolları Mərkəzi Asiyanın ən yaxşısı seçildi
Bakıda şənbə günü yağışsız, mülayim hava gözlənilir
Dağlıq ərazilərdə leysan və sel təhlükəsi!