Bakının bu ərazisi qazsız qalacaq
Bu gün Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
Minval.info “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Yasamal rayonu Əsəd Əhmədov küçəsində diametri 530 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar, aprelin 4-də saat 10:00-dan işlər yekunlaşanadək Yeni Yasamal 1-ci və 2-ci yaşayış massivləri həmçinin Əsəd Əhmədov küçəsində təbii qazın verilişində fasilə yaranacaq.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Daha 50 min şəxsə birdəfəlik ödəniş edildi
Bakıya heyvanların gətirilməsi qadağan olunacaq
Bakı metropolitenində çoxdan gözlənilən yenilik
Azərbaycanda boşananların sayı açıqlandı - STATİSTİKA
İşsizlərin NƏZƏRİNƏ! Dövlət boş iş yerlərini açıqladı - 1800 AZN maaş