Bakının bu ərazilərində sürüşmə sahələri yenə aktivləşdi: Çatlarda genişlənmə var
Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun “Nübar” qəsəbəsində (“At yalı” adlanan yaşayış massivi), Masazır qəsəbəsindəki “Zəli gölü” və “Qır gölü” adlanan ərazilərdə sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir.
Minval.İnfo xəbər verir ki,bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Onun sözlərinə görə, sürüşmə sahəsindəki çatların parametrləri artıb: “Adları sadalanan bütün bu yerlərdə sürüşmə aktiv fazadadır. Prosesin dinamikası aktivləşdiyindən çatların uzunluğu və eni artıb. Çatlarda 1-2 sm genişlənmə var”.
R.Həsənov qeyd edib ki, Bakının Binəqədi rayonunun, Sabunçu rayonunun Maştağa qəsəbəsinin bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca subasma hadisələrində akltivlik müşahidə edilib:
“Burada atmosfer yağıntılarının təsirindən qrunt sularının qalxması nəticəsində əraziləri su basıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib