Bakının Binəqədi şosesində yol hərəkəti yenilənir
Bakının Binəqədi şosesində Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində yol hərəkətinin təşkili dəyişdirilir. Bu ərazilərdə xüsusilə günün pik saatlarında nəqliyyat sıxlığı və buraxıcılıq qabiliyyətinin aşağı olması müşahidə edilir.
Minval.info xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu vəziyyətin yaxşılaşdırılması məqsədilə yeni layihə həyata keçirir. Layihə çərçivəsində yol nişanları və nişanlanma xətləri vasitəsilə hərəkətin kanallaşdırılması nəzərdə tutulur. Kəsişmələrdə hərəkət zolaqlarının artırılması və Əttarlar küçəsindən yalnız sağa hərəkətin təşkili planlaşdırılır.
Bu tədbirlər yolun buraxıcılıq qabiliyyətinin artırılmasına və münaqişəli nöqtələrin minimuma endirilməsinə xidmət edəcək. Eyni zamanda, işıqfor rejiminin optimallaşdırılması ilə əsas hərəkət istiqaməti üzrə yaşıl faza uzadılacaq ki, bu da nəqliyyat axınının daha səmərəli və fasiləsiz hərəkətini təmin edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib