Bakının bəzi ərazilərində işıq kəsintisi olacaq!
Bu gün Bakının bəzi ərazilərində elektrik enerjisi verilişində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək. Elektrik enerjisinin keyfiyyətini artırmaq və artan yük tələbatını qarşılamaq məqsədilə avqustun 28-də paytaxtda bir sıra Transformator Məntəqələrində təmir və yenidənqurma işləri həyata keçiriləcək.
Minval.info xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Xıdır Mustafayev, Xaqan Dadaşov və Vasif Əliyev küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq. Nərimanov RETSİ-nə daxil olan Aşıq Alı və Yəhya Bakuvi küçələrinin bəzi yerlərində isə saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilələr yaranacaq.
Planlı fasilələr saat 10:00-dan 16:00-dək Suraxanı rayonu Hövsan bağları, Kondisioner bağları və Hövsan-Türkan yolu bağlar yaşayış massivlərinin bir hissəsini əhatə edəcək. Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi ərazisində 6 kV-luq “Asfaltzavod” hava xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Xocasən-Sədərək yolunun sağ və sol hissələrində enerjinin verilişi məhdudlaşdırılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib