Bakının 4 rayonuna və Gəncə, Sumqayıt, İsmayıllıya yeni polis rəisləri təyin edilib
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.
Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov vəzifəsindən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Yevlax rayon Polis şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi, Şəmkir rayon Polis şöbəsinin rəisi Cəmil Əmirov vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinin rəisi, Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunaraq Xəzər Rayon Polis İdarəsinin rəisi, Mingəçevir şəhər Polis şöbəsinin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq Səbail Rayon Polis İdarəsinin rəisi, Səbail Rayon Polis İdarəsinin rəisi Şəmşir Kazımov vəzifəsindən azad olunaraq İsmayıllı rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin olunublar.
Gəncə Şəhər Baş Polis İdarəsinin işdən çıxarılan rəisi Faiq Şabanov və Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov sərəncama götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə “Report”a təyinatlarla bağlı məlumatı təsdiqləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!