Bakıkart" sistemində böyük yeniliklər: Digər şəhərlər də öz kartlarına qovuşacaq
Azərbaycanda ictimai nəqliyyatda ödənişlər üçün istifadə olunan “Bakıkart” sistemində dəyişikliklər gözlənilir. Ölkənin müxtəlif şəhərləri özünəməxsus nəqliyyat xüsusiyyətlərinə malikdir və bu da fərqli kart sistemlərinin tətbiqini zəruri edə bilər.
Minval.info xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu istiqamətdə texniki imkanları nəzərdən keçirərək addımlar atmağı planlaşdırır. Məsələn, Bakıda “BakuKart” olduğu kimi, digər şəhərlərdə də öz adlarına uyğun kartların tətbiqi mümkündür.
Ölkə üzrə vahid kart sisteminin yaradılması və nağdsız ödənişlərin genişləndirilməsi əsas hədəflərdən biridir. Bu, multimodal daşımalarda mobilliyin təmin olunmasına və sərnişinlər üçün daha rahat səyahət imkanlarının yaradılmasına xidmət edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib