Bakıkart istifadəçiləri üçün ödəniş gecikməsi narahatlığı
Son günlərdə ictimai nəqliyyatda BakıKart istifadəçiləri arasında kartlardan vəsaitlərin gecikmə ilə çıxılması ilə bağlı narahatlıqlar yaranıb. Bu vəziyyət xüsusilə gecə saatlarında eyni istiqamətlərdə təkrarlanan ödənişlər şəklində müşahidə olunur.
Minval.info xəbər verir ki, BakıKart nümayəndələri bu halın NFC ödəniş sistemi üzrə gecikmiş avtorizasiya prosesi ilə əlaqədar olduğunu bildiriblər. Belə ki, bəzi hallarda bank kartı ilə həyata keçirilmiş gedişlərin ödənişləri dərhal deyil, müəyyən gecikmə ilə kart hesabında əks olunur.
Son günlərdə NFC sistemi üzrə avtorizasiya prosesində təxminən 1 günlük gecikmə qeydə alınıb. Bu səbəbdən sərnişinlər əvvəlki günlərdə həyata keçirdikləri gedişlərin ödənişlərini daha sonrakı saatlarda hesablarında görə bilərlər. Bu, sərnişinin ictimai nəqliyyatdan istifadə etmədiyi halda hesabından yeni vəsait tutulması demək deyil, əksinə, daha əvvəl NFC vasitəsilə həyata keçirilmiş gedişin ödənişidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib