Bakıdan təyyarə biletləri satışa çıxarıldı
Macarıstanın “Wizzair” aviaşirkəti Bakıdan uçuşları elan edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, artıq şirkətin saytında biletlər satışa çıxarılıb. Hazırda təqdim olunan biletlər arasında ilk uçuş iyunun 19-na təyin olunub. Daha sonra isə iyunun 22-si, 26-sı və 29-na biletlər təklif olunur. İlk uçuş üçün biletin qiyməti 100 avrodan başlayır. Lakin 29 iyun tarixinə biletlər 50 avrodan satışa çıxarılıb.
Artıq Macarıstan iyunun 15-dən sonra Azərbaycanla sərhədlərini açır və gediş-gəlişə start verir.
Budapeştdən Bakıya ilk uçuş iyunun 18-də baş tutacaq. Bu reys ilə biletin qiyməti 120 avrodan başlayır. İyunun 21-i, 25-i və 28-dəki uçuşlar üçün biletlər 100 avrodan təqdim olunur.
Qeyd edək ki, Operativ Qərargahın son yaydığı məlumatda Azərbaycanın sərhədinin iyunun 15-dək bağlı olacağı açıqlanmışdı.
.jpg)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Onun da arzuları var..." - 7 yaşlı Rüfət köməyinizi gözləyir (Foto/Video)
Əmircanlılar susuz qaldı - Qanunsuz tikililərə görə
Bu il məktəbli formalarının qiyməti neçəyə olacaq?
Respublika əhəmiyyətli 2 avtomobil yolunun tikintisi yekunlaşıb
Nömrələrini gizlədən sürücülər 500 manat cərimələndi
Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Mərkəzi Klinikaya köçürüldü
Kontakt Home-dan Qızıl Zəmanət fırıldağı – Foto