Bakıdan Rusiya sərhədinədək yeni yolun tikintisinə başlanılıb - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikinti işlərinə başlanılıb.
AAYDA-dan verilən məlumata görə, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 97 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq layihələndiriləndirilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3,75m, ayırıcı zolağın eni 5 m, yol yatağının eni 27,5 m təşkil edəcək.
Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayırıcı zolaqda beton çəpərlərin, beton bardürlərın quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.
Əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.
Yeni inşa edilən yol 97-ci km-dən sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğundakı yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 157 km təşkil edəcək.
Qeyd edək ki, 2005-ci ildə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulub. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır. Dəhlizin Azərbaycan ərazisindən keçən avtomobil yollarının uzunluğu 520 km-dir. Bunlardan, Bakı-Quba-Rusiya sərhədi yolunun uzunluğu 208 km, Bakı-Ələt-Astara yolunun uzunluğu isə 312 km təşkil edir.
Xatırladaq ki, 7 dekabr 2017-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU
Renkadan yeni FOTOLAR


