Bakıdakı yarımçıq piyada keçidi - AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə müzakirə olunan yarımçıq piyada keçidi xətləri uyğunsuzluq deyil, görülən təmir işləri ilə əlaqədardır.
Bu sözləri axar.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yarımçıq piyada keçidləri barədə danışarkən deyib.
O, Məhəmməd Hadi küçəsindəki yarımçıq piyada zolağını da bununla əlaqələndirib:
“Məhəmməd Hadi küçəsində təmir əvvəlcə yolun bir hissəsində, sonra isə digər hissəsində aparılır. Bir hissədə asfaltlama işləri qurtardıqdan sonra müvafiq nişanlama işləri görülür. O hissə artıq nişanlanıb. Sosial şəbəkələrdə müzakirə olunan şəkil yolun təmir olunması ilə əlaqədardır”.
Qeyd edək ki, Bakının bəzi yerlərində, o cümlədən Məhəmməd Hadi küçəsində çəkilmiş yarımçıq piyada keçidi müzakirələrə səbəb olub. Fotodan da göründüyü kimi, yol çəkilişi tam başa çatıb, piyada zolağının olmadığı istiqamətdə isə bütün yol xətləri tamamlanıb, yalnız piyada zolağı unudulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazirliyin xidmətləri üçün e-sorğuya qoşulun!
Sosial ödənişlər avqustun 25-də tamamlanır
Sabah bütün sosial ödənişlər tamamlanır!
Pensiya kapitalının vərəsəyə ötürülməsi müzakirə olunur
Sosial yardımların ödəniş tarixi açıqlandı!