Bakıda yol polisinin maşını niyə yanıb? - SƏBƏB

Xəbər verdiyimiz kimi, Bakıda Dövlət Yol Polisinə məxsus “BMW” markalı avtomobil yanıb. Hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında baş verib. Yanğınsöndürənlər gələnə kimi, polis əməkdaşları odsöndürən balonlarla avtomobili söndürməyə çalışıblar. Avtomobilin mühərrik hissəsi yanaraq yararsız hala düşüb. Hadisə zamanı xərasət alan olmayıb.
Azvision.az -ın məlumatına görə, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, ötən gün YPX avtomobilinin yanması çox ciddi siqnal olmalıdır. Onun sözlərinə görə, bu şəraitdə avtomobilin yanması böyük ehtimalla yalnız elektrik şəbəkəsindəki problemdən ola bilər.
“Bu isə o deməkdir ki, avtomobilin elektrik şəbəkəsinə naşı müdaxilə olub. Yollarda hərdən qarşımıza radiator barmaqlığı arxasında sayrışan işıq qoyulmuş patrul avtomobilləri çıxır. Bax, problem də budur. Həmin işıqlar standartda yoxdur. Onları zavodda qoymurlar. Sonradan qoyanda isə hansı naqil seçilir, birləşmələr necə olur, məlum deyil. Belə işin naşı icrası isə yolun ortasında avtomobilin alışmasına gətirib çıxara bilər. Yaxşı olar ki, bu hadisədən sonra bütün patrul avtomobilləri yoxlanılsın. Belə əlavələrin (işıqlar, səs siqnalı, adi işıq cihazlarına uyğun gəlməyən lampaların qoyulması və s.) hamısı aradan qaldırılsın. Avtomobillərdə yalnız standarta uyğun xüsusi işıq və səs siqnalları saxlanılsın” – deyə Ə.Hüseynov vurğulayıb.
Minval.İnfo

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arzu Əliyeva üçün özəl gün - FOTO
Prezident parlamentə yeni qanun layihələri göndərir
Sabah leysan yağacaq
Ramil Usubovdan yeni təyinat
Koronavirusa qarşı xaricdən dərman və həkimlər gətiriləcək
Bakıda sərnişin avtobusunda yanğın olub – FOTOLAR