Bakıda yeniyetmə qız qaçırıldı
Paytaxtın Yasamal rayonunda kimliyi bəlli olmayan (adı Emin olduğu iddia olunan) şəxs yetkinlik yaşına çatmayan qızı qaçırıb.
Minval.İnfo “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsi məlumat yayıb.
15 yaşlı Əfşan Zeynalova yanvarın 23-də, saat 16:00 radələrində qaçırılıb. Şagirdin anası ərizə ilə 29-cu Polis Bölməsinə şikayət edib. Zərərçəkənin anası ərizədə qızını qaçıran şəxsin adının Emin olmasından başqa onun barədə heç nə bilmədiyini göstərib. Qadının sözlərinə görə, qızı evlənmək məqsədilə qaçırılıb.
Hal-hazırda Yasamal rayon Polis İdarəsinin əməkdaşları törətdiyi əməllə qanunvericiliyin tələblərini pozan gənci axtarır. Gəncin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə tövsif olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib