Bakıda yeni avtovağzal tikilib

Paytaxt ərazisində yeni avtovağzal inşa edilib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova azvision.az-a bildirib ki, yeni avtovağzal Cənub, Cənub-Şərq istiqamətində daşımaları həyata keçirəcək.
“Bakı Beynəlxalq Avtovağzalında ölkənin bütün istiqamətlərinə, həmçinin beynəlxalq istiqamətlər üzrə reyslər var. Cənub və Cənub-Şərq istiqamətində isə sərnişin daşımaları Lökbatan dairəsindən həyata keçirilirdi. Həmçinin orada olan ticarət mərkəzlərinə gələn və qayıdan insan axını çox olduğu üçün dairədə avtomobil sıxlığı müşahidə edilirdi. Nəticədə avtonəqliyyat vasitələrinin gediş-gəlişinə maneçilik törədilirdi. Dövlət Yol Polisi ilə birlikdə həmin dairədə avtonəqliyyat vasitələrinin dayanması yığışdırılıb”.
N.Allahyarova qeyd edib ki, artıq ərazidə Bakı-Cənub Avtovağzalı tikilib və sərnişinlərin daşınması qismən oradan həyata keçirilir. “Avtovağzal tam olaraq hazırdır. Artıq bir hissəsindən sərnişinlərin daşınması üçün istifadə edilir. Lakin bəzi tamamlanma işləri bitdikdən sonra fevral ayından etibarən avtovağzal tam istifadəyə veriləcək. Bir daha qeyd edirik ki, sərnişin daşımaları həmin avtovağzalda həyata keçirilməlidir. Avtovağzaldan kənar həyata keçirilən bütün daşımalar qeyri-qanunidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!