Bakıda xüsusi işıqforların hansı ərazilərdə quraşdırılacağı açıqlanıb
Görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş, xüsusi səs siqnalları ilə təchiz edilmiş işıqforlar Bakının əksər küçə və prospektlərində, əsasən, həmin insanların üz tutduğu sosial obyektlərin yerləşdiyi küçələrdə olacaq.
Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA ) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
“Hazırda Bakıda görmə imkanları məhdud olan insanların çoxu Nərimanov rayonu ərazisində – Ağa Nematulla küçəsində və o küçəyə paralel digər küçələrdə yaşayırlar. Eyni zamanda metronun “Gənclik” stansiyasına yaxın ərazilərdə, Koroğlu Rəhimov küçəsinin Fətəli Xan Xoyski küçəsi ilə kəsişməsində görmə imkanları məhdud olanlar üçün təhsil müəssəsi yerləşir. İşıqforlar quraşdırılarkən bu cür yerlərə daha çox üstünlük veriləcək”, – deyə o qeyd edib.
Bundan başqa, BNA rəsmisi qeyd edib ki, işıqforların quraşdırılmasına bu ildən başlanılacaq və növbəti illərdə də bu işlər davam etdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO