Bakıda xurma məhsulundan Aralıq dənizi meyvə milçəyi aşkar olunub — FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən mütəmadi olaraq monitorinqlər davam etdirilir.
Agentlikdən Minval.İnfo-ya verilən məlumata görə, monitorinqlər çərçivəsində Bakı şəhəri ətrafında yerləşən kəndlərdə karantin zərərli orqanizmlər sirayətlənməsi şübhə doğuran xurma məhsulundan müayinə üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Bildirilir ki, aparılan müayinələr nəticəsində nümunələr götürülmüş xurma məhsulunda Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata (Wedemann)) aşkar olunub. Bu zərərli orqanizm xüsusi ilə müxtəlif fəsilələrdən olan meyvə ağaclarına zərər vurur. Həmçinin, meyvələrin çürüməsinə səbəb olan göbələklərin yayılmasına şərait yaradır.
Məlumata görə, bununla bağlı olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinə profilaktik tədbirlərin görülməsi üçün müraciət olunub.
Qeyd edək ki, Aralıq dənizi meyvə milçəyi Azərbaycan Respublikasının ərazisi üçün karantin tətbiq edilən zərərli orqanizm olmaqla, Türkiyə, Rusiya, Albaniya, Əlcəzair, Xorvatiya, Kipr, Misir, Fransa, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Malta, Mərakeş, Portuqaliya və s. kimi ölkələrdə yayılıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Martın ilk gününün HAVAsı
Azərbaycanda 4 polis həbs olunub, 161-i işdən çıxarılıb
Bakı-Qazax magistralında avtomobil sement daşıyan maşına çırpılıb
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
AZAL ABŞ-a uçuşları dayandırır
Metro bu tarixdən səhər saat 6-da fəaliyyətə başlayır
"Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb