Bakıda VI Ağıl Oyunları Festivalı keçiriləcək
Seçim turları dekabr-fevral ayları ərzində keçiriləcək
BakuCity.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə ənənəvi ‘’VI Ağıl Oyunları Festivalı’’ keçiriləcək.
Populyar intellektual oyunlar olan “Nə? Harada? Nə zaman?” və Xəmsə Milli İntellektual Oyunu üzrə təşkil ediləcək Festival Xəzər İntellektual Gənclər Klubu tərəfindən hər il keçirilən ənənəvi turnirlərdəndir. Festival çərçivəsində seçim turları və finalın keçirilməsi planlaşdırılır.
VI Ağı Oyunları Festivalının keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.
Layihənin seçim turları dekabr-fevral ayları ərzində keçiriləcək. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar Festivalın finalına vəsiqə qazanacaqlar. Final oyunu fevral ayının sonunda Bakı şəhərində təşkil olunacaqdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!