Bakıda vəzifəli şəxsin oğlu ağır qəza törədib – FOTO

Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Minval.İnfo Report-a istinadən xəbər verir ki, “10-LJ-600” dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğlu Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkət olarkən, işıqforun qırmızı işığından keçib.
Nəticədə onun 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi “Nissan Sunny” markalı avtomobil onun maşınına çırpılıb.
BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMW-nin sürücüsü E.Adıgözəlov sərxoş vəziyyətdə olub.
ƏLAQƏLİ
"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqda gözləyənlərin sayı azalacaq - YENİLİK
O, yol polislərinin “saxla!” əmrinə tabe olmayıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Həmin şəxs bir neçə ay öncə sərxoş vəziyyətdə Heydər Əliyev prospektində avtoxuliqanlıq edib.
O, Yol Patrul Xidmətinin qanuni “saxla!” əmrinə tabe olmayaraq şəhər ərazisində təhlükəli manevrlərə yol verib və saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.
Sürücü məhkəmənin qərarına əsasən, 15 gün müddətinə həbs edilib.
ƏLAQƏLİ
"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqda gözləyənlərin sayı azalacaq - YENİLİK
E.Adıgözəlovun Heydər Əliyev prospektində etdiyi avtoxuliqanlığın görüntüləri

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək