Bakıda və regionlarda yeni hotellər açılacaq
“Bu yaxınlarda həm Bakıda, həm regionlarda yeni hotellərin açılışı gözlənilir”.
Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
“Biznes nümayəndələri ilə aparılan danışıqlar onu göstərir ki, ölkədə yeni hotellərin tikintisinə maraq var. Azərbaycana səfər edən turistlər Bakı və Abşeron yarımadası ilə yanaşı, ölkənin şimal, şimal-qərb, Gəncə və cənub istiqamətlərinə üz tuturlar. Turizm infrastrukturu və kadr potensialı bu istiqamətlər üzərində inkişaf etdirilir”, – deyə o, qeyd edib.
K.Quluzadənin sözlərinə görə, hazırda dövlət 3 və ondan az ulduzlu otellərin istifadəyə verilməsində maraqlıdır: “Ölkədə 600-a yaxın otel fəaliyyət göstərir. Ölkədə əsasən bahalı turizm infrastrukturu yaradılıb. Amma bu günün çağırışı ucuz, daha az ulduzlu hotellərin mövcüdluğu ilə bağlıdır. Çünki, Azərbaycana orta və aşağı büdcəli turistlər cəlb edirik, onlar üçün həmin xidmətlər formalaşdırılmalıdır. Regionlarda 3 və ondan az olan hotellərin tikilişinin intesivləşməsini istəyirik. Bu istiqamətdə dövlət biznesə dəstək verir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi