Bakıda universitetdən qovulan tələbələrlə bağlı rektordan AÇIQLAMA

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bu universitetdə təhsil alan əcnəbi tələbələrin xaric edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Minval.İnfo xəbər verir ki, Rektor Trend-ə açıqlamasında bildirib ki, tələbələrin universitetdən qovulmasının səbəbkarı özləridir.
N.Əliyeva qeyd edib ki, tələbələrin qovulmasının səbəbi onların ölkədə müvəqqəti yaşamaq üçün icazəni qanunsuz olaraq, artıq müddətə almasıdır: “Belə bir qayda var ki, əcnəbi tələbələr Azərbaycanda yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən icazə alırlar. Bu zaman mərhələ-mərhələ, kiçik müddətlərlə icazə alınır. Onlarsa gedib birdən-birə 5 illik icazə alıblar. Bu da qanunaziddir. Ona görə də o tələbələr qovulurlar. Dövlət Miqrasiya Xidmətinin özü də deyir ki, o tələbələr qovulmalıdırlar. Hələliksə tələbələrdən heç biri qovulmayıb. Onların qovulması hələ sual altındadır. Çünki Dövlət Miqrasiya Xidməti onlara icazə versə, qalacaqlar, əgər verməsə, gedəcəklər. Buna görə də hazırda qovulan tələbə yoxdur”.
N.Əliyeva hazırda magistraturada təhsil alan 2 əcnəbi tələbənin bununla bağlı probleminin olduğunu söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib