Bakıda üç poliklinika yenilənir: 1.2 milyon manat ayrıldı
Bakıda üç tibb müəssisəsinin əsaslı təmiri üçün ümumilikdə 1 milyon 269 min manat vəsait ayrılıb. Təmir işləri 5 nömrəli Uşaq Poliklinikası, 4 nömrəli Birləşmiş Şəhər Poliklinikası və 5 nömrəli Şəhər Poliklinikasında aparılacaq.
Minval.info xəbər verir ki, bu təmir işləri çərçivəsində poliklinikalarda köhnəlmiş və yararsız suvaq, döşəmə, parket və gipskarton tavan örtükləri söküləcək, divar və səthlər köhnə boya qatından təmizlənəcək. Daha sonra bu sahələrdə yenilənmə və təmir işləri həyata keçiriləcək.
Təmir işləri poliklinikaların köhnəlmiş sahələrinin yenilənməsinə, həkimlər üçün daha əlverişli iş şəraitinin və pasiyentlər üçün daha rahat, təmiz və müasir mühitin yaradılmasına imkan verəcək. Xüsusilə uşaq poliklinikasının yenilənməsi burada tibbi xidmət alan uşaqlar və onların valideynləri üçün daha yaxşı şəraitin formalaşmasına kömək edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?