Bakıda tikiləcək "Ağ Şəhər" metro stansiyası ilə bağlı XƏBƏR
Bakının Nobel prospektində, “Ağ Şəhər” ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yeni stansiya üçün ayrılan ərazi təmsil etdiyi qurum tərəfindən hasarlanıb: “Stansiyanın yeri artıq məlumdur. Şərti adı “Y-14” adlandırılır. Yeni metro stansiyası “Dərnəgül” – “Xətai” xətti üzərində, yəni Yaşıl xətdə yerləşəcək, “Xətai”dən sonrakı stansiya olacaq”.
B.Məmmədov qeyd edib ki, stansiyadan əsasən tikilməkdə olan “Ağ Şəhər” yaşayış məntəqəsinin sakinləri rahatlıqla istifadə edəcəklər.
Xatırladaq ki, Bakı Metropoliteninin Perspektiv İnkişaf Planına uyğun olaraq tikilməkdə olan Yaşıl xəttin ümumi uzunluğu 41,8 km olacaq. Yaşıl xətt Bakının Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Nizami”, “Cəfər Cabbarlı” və Xətai” stansiyaları artıq istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir. (trend)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İstefa verən Elman Cəfərovun yerinə təyinat
Polisdən cərimələrlə bağlı növbəti - Açıqlama
DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib
Prezident İlham Əliyev səfirlikdəki hadisəni terror hücumu adlandırdı
Azərbaycan və Fələstin XİN başçıları görüşüb
DİM nazirliklərə işçi seçimi üçün ümumi müsahibə elan edib