Bakıda telefon qovşaqlarının adları dəyişdirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Telefon Rabitəsi” MMC-nin strukturuna daxil olan telefon qovşaqları hazırda Rabitə Xidmətləri Mərkəzləri adı altında fəaliyyət göstərir.
Bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, Yasamal Telefon Qovşağı – 1 saylı Rabitə Xidmətləri Mərkəzi, Xətai Telefon Qovşağı – 2 saylı Rabitə Xidmətləri Mərkəzi, Nizami Telefon Qovşağı – 3 saylı Rabitə Xidmətləri Mərkəzi, Sabunçu Telefon Qovşağı – 4 saylı Rabitə Xidmətləri Mərkəzi, Xəzər Telefon Qovşağı – 5 saylı Rabitə Xidmətləri Mərkəzi, Qaradağ Telefon Qovşağı – 6 saylı Rabitə Xidmətləri Mərkəzi kimi fəaliyyətini davam etdirir.
Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” ötən il iyulun 19-da “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin bazasında yaradılıb. Şirkət şəbəkəsinə daxil olan 200-dən çox böyük və kiçik tutumlu ATS-lər vasitəsi ilə Rabitə Xidmətləri Mərkəzlərində müxtəlif növ telekommunikasiya xidmətləri göstərir, eyni zamanda bu xidmətlər üzrə sənədləşdirməni və ödənişlərin qəbulunu həyata keçirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!