Bakıda tələbələr üçün kirayə mənzil bazarı: Ən ucuz və bahalı ərazilər
Bakıya ali təhsil almaq üçün gələn tələbələrin qarşılaşdığı əsas problemlərdən biri yaşayış yerinin təmin olunmasıdır. Yataqxanalarda yerlərin məhdud olması səbəbindən tələbələr kirayə mənzil axtarışına çıxırlar. Avqustun sonu və sentyabr aylarında tələbatın artması ilə münasib qiymətə ev tapmaq daha da çətinləşir.
Minval.info xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, təhsil səviyyəsinin ölkənin inkişafında mühüm rol oynadığını vurğulayaraq, hər il 50 mindən çox abituriyentin tələbə adını qazandığını və onların yaşayış yeri məsələsinin ciddi problemə çevrildiyini bildirib.
Son illərdə daşınmaz əmlak bazarında qiymətlərin artması, kirayə mənzil axtaran tələbələrin işini daha da çətinləşdirir. Metroya yaxın ərazilərdə mənzillərin qiymətləri 600-900 manat arasında dəyişir. Bu səbəbdən tələbələr bir neçə nəfər birlikdə mənzil kirayələməyə üstünlük verirlər. Binəqədi rayonu, Azadlıq prospekti, 9-cu mikrorayon, Nəsimi metrosu ətrafı, Yeni Yasamal, 20 Yanvar və İnşaatçılar metroları ətrafı, Neftçilər, Xalqlar Dostluğu və Qara Qarayev metroları ətrafı nisbətən ucuz ərazilər hesab olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi