Bakıda sürücülərə xəbərdarlıq: Bu yollar Sabahdan bağlı olacaq!
Bakıda Həsən Əliyev küçəsi ilə “Koroğlu” metrostansiyası arasında yeni avtomobil yolunun tikintisi çərçivəsində bəzi yolların bağlanması planlaşdırılır. Bu tədbir Həsən Əliyev və Rövşən Əliyev küçələrində aparılan yenidənqurma işləri ilə əlaqədardır.
Minval.info xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, avqustun 7-si saat 00:00-dan etibarən Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və Koroğlu Rəhimov küçələri arasındakı hissəsi, eləcə də Rövşən Əliyev küçəsinin Böyük İpək Yolu və Araz küçələri arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılacaq.
Sürücülərə hərəkət istiqamətlərini əvvəlcədən planlaşdırmaları, alternativ marşrutlardan istifadə etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarına riayət etmələri tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib