Bakıda sürücü "saxla" əmrini verən yol polisinin üstünə maşın sürdü - VİDEO
Bu gün 08:43 radələrində Azadlıq prospektində, qoşa YDM-in yaxınlığında 99 BH 089 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü 1.3 xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxmaqla hərəkət axınının əksinə hərəkət etməsi kameralara düşüb.
Minval.info Avtosfer.az-a istinadən xəbər verir ki, yol ayrıcında yolu tənzimləyən YPX əməkdaşı ona “saxla” əmri verdi. Daha sonra YPX əməkdaşına yaxınlaşanda ona pratokol yazılıb-yazılmadığı haqqında məlumat alıb. Yol polisi bildirib ki, sürücü əmrə tabe olmamaqla yanaşı avtomobili onun üstünə sürüb və hətta onu əzib. Bu barədə öz rəhbərliyinə raport da təqdim edəcək.
Ümid edirik ki, tezliklə yol hərəkəti qaydalarını pozmaqla qanunlara və digər hərəkət iştirakçılarına hörmətsizlik edən, YPX əməkdaşının üstünə avtomobil sürən bu sürücü tapılıb barəsində qanunamüvafiq tədbir görüləcək. Görüntüləri təqdim edirik.
https://youtu.be/4-scWKFTDBw
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!