Borcunu ödəməyən qadının şəklini binalara yapışdırdı – “Kontakt Home”dan biabırçılıq
Bakıda “ABC Telecom” şirkəti onlara borcu olan qadını qeyri-adi şəkildə ifşa edib.
Oxu.Az-ın məlumatına görə, şirkət qadına borcunu ödəməsi üçün dəfələrlə müraciət etsə də, borc ödənməyib.
“ABC Telecom” Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə qadının 1583 manat borcunun ödənilməsi üçün qərar çıxarıb. Xanım borcu ödəməyib və şirkət onun şəklini Səbail rayonu ərazisində binalara yapışdırıb.
Bəs, qadının şəklinin binalara yapışdırılması düzgündürmü?
Vəkil Xəyal Bəşirov deyir ki, şirkətin belə bir addım atması qanunsuzdur:
“Məhkəmə qətnaməsi varsa, işin icrasının həlli məhkəmə icraçılarının səlahiyyətinə keçir. Yəni işlə bağlı məhkəmə qətnaməsi varsa, şirkətin bu cür addım atması düzgün deyil”.
Vəkil qeyd edib ki, beynəlxalq təcrübədə belə hallar var:
“Kollektorlar banka borcu olanların yaşadığı ərazidə bu cür tədbirlər görürlər ki, vətəndaş pulu ödəsin. Ancaq bu məhkəməyə qədər olur. Məhkəmə qətnamə qəbul edirsə, şirkət heç bir addım ata bilməz”.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
