Bakıda şagirdlərin həyatı üçün təhlükə... - VİDEO
Məktəblilərin həyatı üçün təhlükəsizlik tədbirləri görülməyib.
Bu barədə minval.info-ya Mikayıl Ələsgərov məlumat verib. 8-ci kilometr qəsəbəsində Naxçıvan küçəsində nəqliyyat vasitələrinin hərəkət etdiyi yolda piyadalar üçün heç bir addım atılmayıb. Bu ünvanda iki orta məktəbin yerləşməsi, vəziyyəti bir az qəlizləşdirir. Belə ki, şagirdlər sözügedən küçədən daha çox istifadə edirlər. Həmin yolda isə avtomobillər hərəkət etdiyindən onlar üçün təhlükəli durum yaranır.
“İnsanlar yolun ortası ilə hərəkət edirlər. Özlərinin və uşaqlarının həyatını riskə atmaq məcburiyyətində qalırlar. Yolun bir hissəsində piyadalar üçün ensiz səki var. Lakin buradan iki nəfər çətinliklə istifadə edir. Nəticədə onlar maşın yolu ilə hərəkət edir” – Mikayıl Ələsgərov deyir.
Minval.info-ya göndərilən videodan da görünür ki, bir piyada digərini keçmək üçün səkidən qəfildən düşür. Bu isə məsələnin son dərəcə ciddiliyindən xəbər verir. Eyni zamanda görüntülərdən bəlli olur ki, həmin ərazidə piyadaların hərəkəti nizamlanmayıb.
Mikayıl bəy müvafiq qurumlardan bununla bağlı lazımi tədbirlər görülməsini istəyib.
Qeyd edək ki, sözügedən ərazidə bir dəfə bədbəxt hadisənin baş verdiyi bildirilir. Belə ki, şagirdlərdən birini küçədən keçərkən avtomobil vurub.
Sani / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib