Bakıda qızlara atəş açan manyak peyda olub - "Yoldan keçəndə..." (ŞOK VİDEO)
Avqustun 1-də baş verən hadisə nəticəsində bəlli olub ki, Bakıda yeni manyak peyda olub.
Minval.info xəbər verir ki, Zığ yolu, bina 24 ərazisində (Nargilə kafesilə üzbəüz) 12-14 yaşlı qız uşaqlarına, 19-30 yaşlı xanımlara tir gülləsilə atəş açan manyak peydə olub. Manyak bizə bəlli olan 9 xanıma xəsarət yetirib. Onlardan 4-ü polis bölməsinə şikayət edib.
Bu barədə minval.nfo-ya blogger Saleh Nəsirov məlumat verib. 14 yaşlı qızın anası bildirib ki, atılan tir gülləsi qızının paltarını dəlib, ona zərər yetirib: “Evə gələndə axsayırdı, dərhal həkimə getdik. Orada bəlli oldu ki, tirlə kimsə atəşaçıb. Atılan tir gülləsi qızımın əynində olan üst-üstə bir neçə geyimi deşib, ona xəsarət yetirib. Klinikada öyrəndik ki, bizdən başqa 12-30 yaş arası 8 nəfər də eyni səbəbdən müraciət edib. Onların da hamısı qız uşağı və ya qadındır. Görünür ancaq qızlara atəş açır”.
Polis hazırda həmin şəxsi axtarır.
Sani Ümid
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Pulsuz fakültələrin balları aşağı düşəcək” - Abituriyentlərin nəzərinə
Putinin dünən Ukrayna müharibəsini tapşırdığı general Surovikin KİMDİR?
Düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsü VİDEO
İlham Əliyevdən İbrahim Cəfərovla bağlı SƏRƏNCAM - Son dəqiqə
Koronavirusa yoluxan məşhur idmançılar - SİYAHI
“FaceApp” haqqında yayılan iddialara cavab verdi


