Bakıda qida təhlükəsizliyi böhranı: İki iaşə obyektinin fəaliyyəti dayandırıldı
Bakı şəhərində iki iaşə obyektinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu qərar, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vətəndaşların müraciətləri əsasında aparılan yoxlamalar nəticəsində qəbul edilib.
Minval.info xəbər verir ki, Nərimanov rayonunda A.Heydərov küçəsi 102G ünvanında yerləşən və fiziki şəxs Əminə Hacıağayeva məxsus iaşə obyekti ilə Səbail rayonunda İ.Əfəndiyev küçəsi, ev 10 ünvanında yerləşən və Rahilə Məmmədzadəyə məxsus unlu məmulatların emalı müəssisəsində plandankənar yoxlamalar keçirilib.
Yoxlamalar zamanı hər iki obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi və sanitariya-gigiyena qaydalarına riayət etmədiyi aşkar edilib. Obyektlərdə havalandırma sistemlərində problemlər və digər uyğunsuzluqlar da müəyyən olunub. Bu səbəbdən, obyektlərin fəaliyyəti nöqsanlar aradan qaldırılana qədər məhdudlaşdırılıb. Unlu məmulatlar istehsal edən müəssisədən götürülən məhsul nümunələri isə laborator müayinəyə göndərilib.
Hər iki obyektlə bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib