Bakıda qazdan kütləvi zəhərlənmə olub? - Rəsmi məlumat
Yanvarın 25-i gecə saatlarında sosial şəbəkələrdə Bakı şəhərində 40-dan çox adamın qazdan kütləvi zəhərlənməsi barədə məlumat yayılıb. Daha sonra 1 saylı Kliniki Tibbi Mərkəzə getmək çağırışları edilib.
Unikal.org xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxs və “Azəriqaz” İstehsalat Birliyi məsələ ilə bağlı rəsmi açıqlama yayıb.
Bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, 25 yanvar tarixində dəm qazından kütləvi şəkildə zəhərlənmə halı baş verməyib:
“Video materialdakı kadrlar ayrı-ayrı vaxtlarda çəkilən kadrların montaj olunaraq hazırlandığını deməyə əsas verir. Qazın tərkibində zəhərlənməyə səbəb olacaq maddələrin olması barədə deyilənlərin heç bir əsası yoxdur. Əhalidən xahiş edirik ki, belə yanlış məlumatlara inanmasınlar. Dəm qazı ilə bağlı yarana biləcək hər hansı narahatlığa görə TƏBİB-in 103 qaynar xətti, “Azəriqaz” İB-nin isə 104/185 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Fərman imzaladı
DİN-dən bank kartları ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ
Prezident "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində
Agentliyin sədrinə yeni vəzifə verildi
TƏCİLİ: Səfir XİN-ə çağırıldı, Azərbaycan Rusiyaya NOTA VERDİ