22.02.2021 - 12:52
Hadisə 1 baxış

Bakıda qəzaya düşən moped sürücüsü xəstəxanada öldü

Bakıda yol qəzası olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 19-da saat 14 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Bağırov idarə etdiyi mopedi aşırıb. Xəsarətlə xəstəxanaya yerləşdirilən A.Bağırov fevralın 20-də orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: