Bakıda qəza törədən sürücü döyülüb xəstəxanalıq oldu
Bakının Nizami rayonunda yol qəzası sürücülər arasında əlbəyaxa dava ilə nəticələnib.
Minval.info “Report”a istinadən xəbər verir ki, Babək prospektinin Keşlə qəsəbəsi ərazisinə düşən hissəsində 1983-cü il təvəllüdlü Rəsulov Əflatun Tahir oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə markası məlum olmayan başqa bir maşının arxa hissəsinə çırpılıb.
Nəticədə sürücülər arasında dava düşüb. Bu zaman vurulan avtomobilin sürücüsü Ə.Rəsulovun üz nahiyəsinə yumruq zərbəsi endirib və onun burun sümüyü qırılıb. Bundan başqa o, bədəninin müxtəlif nahiyələrindən travma alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsində araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib