Polis Bakıda qəza törədən avtobus və yük maşınının sürücüləri barədə hərəkətə keçdi
Paytaxtın Xəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Minval.info-nun məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu birgə məlumat yayıb.
Aprelin 27-də Xəzər rayonu ərazisində 1988-ci il təvəllüdlü Rauf Dadaşovun idarə etdiyi “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobilinin 1969-cu il təvəllüdlü Hüseyn Məmmədovun idarə etdiyi “Daevoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşması nəticəsində 29 nəfər şəxsin zərər çəkməsi və Rauf Dadaşovun hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Aparılmış istintaqla hadisənin R.Dadaşov və H.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, eləcə də R.Dadaşovun yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində R.Dadaşov və H.Məmmədov aprelin 28-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindiriliblər.
Hadisə zamanı xəsarət almış şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunub, onlardan 22-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, digərlərinin isə müalicələri davam etdirilir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Fərman imzaladı
DİN-dən bank kartları ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ
Prezident "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində
Agentliyin sədrinə yeni vəzifə verildi
TƏCİLİ: Səfir XİN-ə çağırıldı, Azərbaycan Rusiyaya NOTA VERDİ