Bakıda polis əməkdaşı barəsində cinayət işi başlanılıb
Bakıda polis əməkdaşı Əliqulu Ağaliyev barəsində cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 293.-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Ə.Allahverdiyev tanınır.
Ə.Ağaliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 25-nə təyin edilib.
Qeyd edək ki, hadisə baş verən zaman Ə.Ağaliyev Qaradağ Rayon Polis İdarəsinin bölmələrinin birində polis vəzifəsində işləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramil Usubov Yol Patrul Xidmətinin rəisini işdən çıxardı — FOTO
"İyirmi manatlıq ye, yüz manat ödə" - Coratda biabırçılıq
Sabah hava yağmursuz olacaq
İstirahət günləri hava necə olacaq?
Abel Məhərrəmova yeni vəzifə verildi
İcra başçısı oğluna yarım milyonluq lüks maşın aldı (FOTO)
Sabah Azərbaycanda intensiv yağış və qar yağacaq